Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-11-17 13:17:00
Təhsil İnstitutu sertifikasiyaya hazırlaşan müəllimlər üçün vebinar təşkil edəcək

Təhsil İnstitutu müəllimlərin sertifikasiyası imtahanlarının qiymətləndirmə çərçivəsinin izahı ilə bağlı vebinarları davam etdirir.

 

İnstitutdan AzEdu.az-a bildirilib ki, növbəti vebinar noyabrın 18-i saat 17:00-da “L.Vıqotskinin “Sosial inkişaf nəzəriyyəsi və sinifdə tətbiqi” mövzusunda keçiriləcək.

 

Vebinarda spiker qismində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin nəzdində Təlimə Dəstək Mərkəzinin direktoru İlkin Həsənov çıxış edəcək. Vebinarın keçirilməsində əsas məqsəd sertifikasiyaya hazırlaşan müəllimlər üçün çətin mövzuların və qiymətləndirmə vasitələrinin izah olunmasıdır.

 

Tədbir institutun feysbuk səhifəsi üzərindən canlı yayımlanacaq.