Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-11-16 17:39:00
Şagirdlərdə sürətli hesablama, iti yaddaş gücünü qazandıran layihə  

 

 

 

Azərbaycan Respublikası Təhsil Nazirliyinin Təhsildə İnkişaf və İnnovasiyalar üzrə 5-ci qrant layihəsinin fərdi kateqoriya üzrə qalibi olmuş, "Sinifdənxaric və dərsdənkənar məşgələlərin təşkilində mental-aritmetika dərnəyinin rolu " mövzusunda olan layihə təqdim edilib.

 

Layihənin  rəhbəri Əli Mehdiyevdir. Şərur şəhər 1-li tam orta məktəbinin müəlliminin fəaliyyətinin nəticəsi olan layihə 15 sentyabr-15 dekabr tarixində  fəaliyyət göstərəcək. 

 

Layihənin təlimçisi Sərur şəhər 1-li tam orta məktəbin müəllimi İbrahimova Könül Yusif qızıdır.  Burada əsas məqsədi 5-12 yaşlı şagirdlərin dərsdənkənar məşgələlərdə zehni qabiliyyətlərini inkişaf etdirməkdir.

 

Onlarda riyazi hesablama qabiliyyətlərinin inkişafı üçün xüsusi proqramlardan istifadə etməklə, şagirdlərdə surətli hesablama, iti yaddaş gücünə sahib olmaq kimi vərdişləri aşılamaqdır.

 

Layihə ilə baglı həftədə 3 gün olmaqla 5--12 yaşlı şagirdlırlə məşgələlər təşkil olunur. Bu məşgələrdən biridə 06 noyabr 2021 ci il tarixdə təşkil olunub.