Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-11-16 17:40:00
Ağdamda məktəblərin istilik problemi – RƏSMİ AÇIQLAMA

Ağdam rayonunda bir neçə məktəbə istilik verilmir.

 

AzEdu.az xəbər verir ki, bu barədə Oxu.az-ın redaksiyasına vətəndaşlar tərəfindən şikayət daxil olub. Bildirilib ki, istiliyin verilməməsinə səbəb Ağdam rayon Təhsil Şöbəsinin istiliyi təmin edən aidiyyəti quruma 500 manat məbləğində borcunun olmasıdır. 

 

Məsələ ilə bağlı irəli sürülən iddiaların nə dərəcədə əsaslı olduğunu öyrənmək üçün Ağdam Təhsil Şöbəsinə sorğu ünvanlanılıb. Sorğuda cavab verən adıçəkilən qurum şikayətdə səsləndirilən iddiaları təsdiq edib. 

 

Cavabda qeyd edilib ki, 10 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzi ilə əlaqə saxlanılıb, qısa müddətdə borcun ödənilməsi təmin ediləcək.

 

Qeyd edək ki, məktəblərin hal-hazırda qaz sisteminə qoşulma işinə başlanılıb.