Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-11-16 15:18:00
Kimya fənni üzrə işçi qrupunun iclası keçirilib

16 noyabr 2021-ci il tarixində Dövlət İmtahan Mərkəzində kimya fənni üzrə işçi qrupunun iclası keçirilib

 

Azedu.az xəbər verir ki, gündəlik məsələ IV ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı modelinə uyğun tapşırıq nümunələrinin müzakirəsi olub.

 

İmtahan modelində nəzəri biliklərin tətbiqinə yönəlmiş, məntiqi düşünməyə əsaslanan, səbəb-nəticə əlaqələri üzərində qurulan sxem, qrafik, cədvəl formalı tapşırıqlara üstünlük verilib. Həmçinin Eyler-Venn diaqramı və klasterdən istifadə edilib.

 

İclasda iştirakçılar tərəfindən müzakirə edilən məsələ ilə bağlı fikir bildirilib və təkliflər verilib.

 

Qəbul imtahanı modelinə uyğun tapşırıq nümunələri “Abituriyent” jurnalının 1-ci sayında dərc ediləcək.

 

İşçi qrupunun növbəti iclası 23 noyabr 2021-ci il tarixində olacaq.