Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-11-16 14:17:00
“Kəskin hava şəraitində onlayn tədrisə keçməliyik”-TƏKLİF

 

 

“Kəskin hava şəraitində online tədrisin daha effektiv olduğu qənaətindəyəm”.

 

Bu sözləri AzEdu.az-a açıqlamasında təhsil eksperti Adil Vəliyev eyib.

Belə ki, 16 noyabr gecə saatlarından başlayaraq ölkə ərazisində hava şəraiti dəyişib, bəzi yerlərdə yağış, dağlıq ərazilərdə isə qar yağıb. Havanın kəskinliyi şagirdlərin məktəbə getməsində müəyyən çətinliklər yaradıb.

 

Adil Vəliyev belə şəraitdə online tədrisin müəllim və şagirdlər üçün daha əlçatan olcağını düşünür:

 

“Hazırki hava şəraitində müəllim və şagirdlər online olaraq dərsə qoşula bilərlər. Mən bir valideyn olaraq narahatlıq keçirirəm. Bu havada övladımı dərsə aparsam, onun xəstələnəcəyini hiss etdim. Ona görə də bugünlük dərsə getməsini istəmədim.

 

Belə məqamda Təhsil Nazirliyinin üzərinə düşmək də düzgün deyil. Çünki bu, təbiət hadisəsidir”.

 

Qeyd edək ki, Bakıda güclü küləkli hava şəraiti bu gün də davam edəcək, arabir yağıntılı olacaq. Havanın temperaturu günorta saatlarında 7 dərəcə olacağı proqnozlaşdırılır.

 

Şükufə Süleymanlı
Müəllifin digər yazıları