Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-11-16 12:17:00
Bu məktəbinin idmançısı Avropa çempionu olub

12-15 noyabr 2021-ci il tarixlərində taekvondo idman növü üzrə Bosniya və Herseqovinada gənc taekvondoçular arasında Avropa birinciliyi keçirilib. 

 

AzEdu.az xəbər verir ki, birincilikdə Təhsil Nazirliyi sistemində fəaliyyət göstərən uşaq-gənclər idman-şahmat məktəblərindən Azərbaycan yığma komandasının tərkibində 5 nəfər idmançı mübarizəyə qoşulub.

 

Yarışda iştirak edən Quba rayon ixtisaslaşdırılmış olimpiya ehtiyatları uşaq-gənclər idman-şahmat məktəbinin idmançısı Səyyad Dadaşov 51 kq çəki dərəcəsində bütün rəqiblərinə qalib gələrək Avropa çempionu olub.