Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-11-16 10:52:00
Koloradoda məktəbin yaxınlığında atışma olub, xəsarət alanlar var

ABŞ-da Kolorado ştatının Aurora şəhərində yerləşən məktəbin yaxınlığında baş verən atışmada ən azı 5 yeniyetmə yaralanıb.

 

AzEdu.az  xəbər verir ki, bu barədə yerli polis tvitterdə məlumat yayıb.

 

Atəş açmaqda şübhəli bilinən şəxsin hadisə yerindən qaçdığı bildirilir.

 

Hüquq-mühafizə orqanlarının əməkdaşları qeyd ediblər ki, yaralılar 14-17 yaş arası olub və xəstəxanaya çatdırılıblar.