Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-11-15 14:10:00
Kenquru Beynəlxalq Riyaziyyat Müsabiqəsi keçirilib-FOTO  

Noyabrın 14-də II-X sinif şagirdləri arasında Kenquru Beynəlxalq Riyaziyyat Müsabiqəsi keçirilib.

 

AzEdu.az xəbər verir ki, Təhsil İnstitutunun təşkilatçılığı ilə 106 mərkəzdə keçirilən müsabiqənin nəticələri noyabrın 21-dək ttm.edu.az saytında yerləşdiriləcək. Müsabiqədə iştirak üçün 14 minə yaxın şagird qeydiyyatdan keçib.

 

Qeyd edək ki, sözügedən müsabiqə hər il mərkəzi Fransa olan Sərhədsiz Kenquru Assosiasiyasının razılığı ilə dünyanın 80-dən çox ölkəsində təşkil olunur. Müsabiqənin keçirilməsində əsas məqsəd ümumi təhsil müəssisələrinin II-X sinif şagirdlərinə riyaziyyat fənni üzrə biliklərini yoxlamağa imkan yaratmaqdır. Nəticələrə əsasən, I, II və III yerləri tutmuş şagirdlər diplom və medal ilə təltif ediləcək, digərlərinə isə iştirak sertifikatı təqdim olunacaq.