Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-11-12 13:28:00
BŞTİ müdiri: "Müəllimlər üçüncü doza ilə vaksinasiyada fəal iştirak edirlər"

Bakı şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva buster doza vaksinasiya ilə bağlı məsələyə münasibət bildirib.

 

AzEdu.az xəbər verir ki, idarə müdiri jurnalistlərə açıqlamasında bildirib ki, Nazirlər Kabinetinin qərarı və Təhsil Nazirliyinin müəyyən tapşırıqları ilə yerlərdə üçüncü doza vaksinasiyaya başlanılıb: "Bu gün üçün üçüncü doza vaksin olunan müəllimlərin konkret sayı məlum olmasa da, onlar prosesdə fəal iştirak edirlər. İnanıram ki, bu çətin şəraitdən keçib pandemiyaya qalib gələ biləcəyik".