Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-11-10 14:28:00
Təhsil Nazirliyi şagird yerdəyişməsi ilə bağlı sualların cavablandırılması məqsədilə xidmətlər təqdim edir

Təhsil Nazirliyi şagird yerdəyişməsi prosesinin həyata keçirilməsi ilə bağlı vətəndaş müraciətlərinin cavablandırılması məqsədilə xidmətlər təqdim edir.

 

Bu barədə AzEdu.az-a Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, Bakı şəhərində yerləşən ümumi təhsil müəssisələri ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Çağrı Mərkəzi - 146-0, digər rayon və şəhərlərdə yerləşən ümumi təhsil müəssisələri üçün isə Təhsil Nazirliyinin Çağrı Mərkəzi - 146-1 vətəndaşların xidmətində olacaq. Eyni zamanda Təhsil Nazirliyinin rəsmi saytının “Virtual bələdçi” xidmətinə, vatsap nömrəsinə (+ 994 51 206 78 48), www.sy.edu.az portalının əks əlaqə bölməsinə və müraciət etmək olar.

 

Qeyd edək ki, noyabrın 10-u saat 11:00-dan etibarən şagirdlərin elektron yerdəyişməsi prosesinə yenidən start verilib. Şagirdlərin yerdəyişməsi prosesi www.sy.edu.az portalı vasitəsilə həyata keçirilir.