Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-11-10 09:30:00
Bu məktəblərdə əyani dərslər bərpa olundu

Noyabrın 10-da paytaxtdakı 73, 207, 258 və 299 nömrəli tam orta məktəblərdə əyani dərslər bərpa edilib.

 

AzEdu.az xəbər verir ki, hər 4 məktəbin kontingenti üçün Gigiyena və Epidemiologiya Mərkəzinin rəyi əsasında müəyyənləşdirilmiş qısamüddətli karantin başa çatıb. Təhsil müəssisələrində koronavirus infeksiyasına qarşı şagirdlərin və məktəbin pedaqoji heyətinin daha etibarlı qorunması üçün sanitar-epidemioloji vəziyyətdən irəli gələn tələblərə ciddi əməl olunur.