Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-11-06 14:06:00
İbtidai sinif müəllimləri üçün riyaziyyat fənni üzrə vebinar təşkil olunacaq  

Təhsil İnstitutu müəllimlərin sertifikasiyası imtahanlarının qiymətləndirmə çərçivəsinin izah olunması ilə bağlı vebinarları davam etdirir.

 

İnstitutdan AzEdu.az-a bildirilib ki, növbəti vebinar noyabrın 10-da ibtidai sinif müəllimləri üçün riyaziyyat fənni üzrə “Hesablamalar və məsələ həlli” mövzusunda keçiriləcək. Vebinarda spiker qismində 20 nömrəli məktəb-liseyin direktor müavini, Təhsil Nazirliyinin dərsliklərin qiymətləndirilməsi üzrə eksperti, Təhsil İnstitutunun Metodik dəstək və peşəkar inkişaf mərkəzinin təlimçisi Gülüstan Vəliyeva çıxış edəcək.

 

Vebinarın keçirilməsində əsas məqsəd sertifikasiyaya hazırlaşan müəllimlər üçün müxtəlif mövzuların və tapşırıqların izah olunmasıdır.

 

Tədbir institutun feysbuk səhifəsi üzərindən canlı yayımlanacaq.