Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-11-04 14:29:00
Erməni vandalizminin qurbanı olan məktəblərin hamısı bərpa ediləcək – Çox yaxında

 

 “Məktəblərə dəyən zərərlərin aradan qaldırılması yolunda  tədbirlər həyata keçirilir”.

 

 

Bu sözləri AzEdu.az-a açıqlamasında açıqlamasında  Təhsil Nazirliyinin Ümumi təhsilin təşkili və idarəolunması şöbəsinin müdir əvəzi  Orxan Abbasov deyib.

 

 

O, erməni vandalizminin qurbanı olan məktəblərin bərpası istiqamətində görülən tədbirlərdən söz açıb:

 

 

“Müharibədən 1 il keçməsinə baxmayaraq erməni vəhşiliyinin qurbanı olan məktəblərin bərpa istiqamətində tədbirlər həyata keçirilir. Belə ki, həmin dövr ərzində ölkəmizin bir çox bölgələrində yerləşən təhsil müəssisələrinə müxtəlif səpkili zərərlər dəyib. Bu zərərləri qiymətləndirən zaman onların həcmi və miqdarı arasında fərqlilik özünü göstərir. Ötən bir il ərzində  kiçikmiqyaslı ziyanların qarşısı alınıb. Təhsil naziri Emin Əmrullayev bununla bağlı komissiya təşkil edərək qiymətləndirmə həyata keçirib. Bu istiqamətdə dəyən zərərlərin aradan qaldırılması yolunda  tədbirlər həyata keçirilir. Amma bəzi məktəblər var idi ki, onlara dəyən zərər böyükmiqyaslı idi. Buna görə də prezident İlham Əliyev müvafiq sərəncam imzaladı. Bu sənəd əsasında geniş fəsadlara məruz  qalan məktəblərin yenidən tikilməsi və əsaslı təmir edilməsi   işlərinə  yaxın zamanda başlanılacaq”.

 

 

Qeyd edək ki, təkcə Tərtər rayonunda II Qarabağ müharibəsi dövründə 16 məktəb dağılıb və onlardan 2-i istifadəyə yararsız hala düşüb.

Şükufə Süleymanlı
Müəllifin digər yazıları