Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-11-04 13:36:00
“Türkiyə-Azərbaycan birgə universitetinin yaradılması müzakirə olunur”-Emin Əmrullayev

“Türkiyə-Azərbaycan birgə universitetinin yaradılması müzakirə olunur. İki ölkə arasında təhsil sahəsində müzakirə olunan digər məsələ ikili diplomla bağlıdır”.

 

AzEdu.az xəbər verir ki , bunu report-un Türkiyə bürosuna müsahibəsində Azərbaycanın təhsil naziri Emin Əmrullayev deyib.

 

O bildirib ki, bu ildən Türkiyənin Ege Universiteti ilə Azərbaycan Dövlət Aqrar Universiteti arasında müvafiq qaydada ikili diplom proqramı başlayıb: “Bu, hüquqi-nöqteyi nəzərdən tam tanınan diplomlardır və ilk dəfədir tətbiq olunur. Türkiyədə apardığımız müzakirələr zamanı belə ikili diplom proqramlarının başqa sahələrdə, o cümlədən tibb, İKT sahələrində də olmasını təklif etdik. Ümid edirik ki, gələcəkdə universitetlər arasında əməkdaşlıq proqramlarının sayı artacaq”.

 

Qeyd edək ki, E.Əmrullayev Türkiyənin İstanbul şəhərində səfərdədir.