Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-11-04 10:50:00
Tələbələr “SABAH.lab” Akselerasiya Mərkəzi barədə məlumatlandırılıb  

Təhsil Nazirliyinin dəstəyi ilə Təhsil İnstitutunun nəzdində yaradılan “SABAH.lab” Akselerasiya Mərkəzinin ali təhsil müəssisələri üçün təqdimatları davam edir.

 

AzEdu.az xəbər verir ki, növbəti təqdimatlar Azərbaycan-Fransız Universiteti (UFAZ) və Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) tələbələri üçün keçirilib.

 

UFAZ-da spiker qismində “SABAH.lab” Akselerasiya Mərkəzinin baş icraçı direktoru, sahibkar və Azərbaycanda bir sıra uğurlu startapın təsisçisi Rəhim Bayramlı, “Wolt Azerbaijan” şirkətinin keçmiş icraçı direktoru Fuad Babayev, “IBM iX” şirkətinin texniki direktoru və sahibkar Petras Slekys və “Push30” şirkətinin icraçı direktoru və “SABAH.lab” Akselerasiya Mərkəzinin əməliyyatlar üzrə direktoru Adil Qasımov iştirak ediblər. Görüşə, həmçinin UFAZ-ın icraçı direktoru Vazeh Əsgərov və İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Kamil Piriyev qatılıblar.

 

AzMİU-da keçirilən görüşdə isə Rəhim Bayramlı, Fuad Babayev, Petras Slekys ilə yanaşı, “BirTika” şirkətinin icraçı direktoru və “Push30” şirkətinin satış direktoru Fərəh Məmmədli də iştirak edib. AzMİU tərəfdən görüşə Strateji planlaşdırma şöbəsinin müdiri Türkan Əliyeva və İnnovativ biznes inkubasiyasının müdiri Nəsibə Əmirbəyova qoşulublar.

 

Görüşlər zamanı spikerlər öz uğur hekayələrini danışıb, tələbələrin suallarını cavablandırıblar.