Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-11-04 10:38:00
“İnklüziv sinif təşkil edilən ümumi təhsil müəssisələrinin şəbəkəsinin genişləndirilməsi” layihəsi davam edir  

Təhsil İnstitutu Azərbaycan Respublikasının Təhsil Nazirliyi və BMT-nin Uşaq Fondu (UNICEF) ilə birgə həyata keçirdiyi “İnklüziv sinif təşkil edilən ümumi təhsil müəssisələrinin şəbəkəsinin genişləndirilməsi” layihəsi çərçivəsində tədbirləri davam etdirir.

 

AzEdu.az xəbər verir  ki, layihənin icrası üçün seçilmiş 8 ümumi təhsil müəssisəsində təşkil olunan inklüziv siniflərdə 16 uşaq təhsilə cəlb olunub. Həmin uşaqlar üçün keyfiyyətli təhsilin təmin olunması məqsədilə müəllimlər, korreksiyaedici pedaqoqlar, psixoloqlar və məktəb rəhbərliyinə mentorluq dəstəyi göstərilir. Bu dəstək zamanı əlilliyi olan şagirdlərin təhsilə cəlb olunması, təlim prosesində yaranan çətinliklərin aradan qaldırılması, valideynlərlə əməkdaşlıq işlərinin aparılması kimi mövzular müzakirə edilir, müvafiq təklif və məsləhətlər verilir.