Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-11-04 10:26:00
Məktəblərdə distant təhsilə keçən siniflərin SAYI

Azərbaycan məktəblərində 542 sinif hazırda distant təhsildədir.

 

AzEdu.az xəbər verir ki, bu barədə Modern.az-ın sorğusuna cavab olaraq Təhsil Nazirliyindən məlumat verilib.

 

Nazirliyin məlumatında qeyd olunub ki, bu göstərici ölkə üzrə ümumtəhsil məktəblərinin 0,6 faizini təşkil edir.

 

Qeyd edək ki, Azərbaycanda sentyabrın 22-dən aşağı siniflərdə (I-IV), sentyabrın 29-dan isə yuxarı siniflərdə (V-XI) və ali məktəblərdə, o cümlədən kolleclərdə ənənəvi tədris bərpa edilib.