Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-11-03 14:26:00
“Distant təhsildə çağırışlar və nailiyyətlər” konfransına hazırlıq işləri gedir  

Təhsil İnstitutunun və “T-Network” təhsil işçilərinin təcrübə və kommunikasiya platformasının təşkilatçılığı, Təhsil Nazirliyinin dəstəyi ilə noyabrın 29-da onlayn formatda “Distant təhsildə çağırışlar və nailiyyətlər” konfransı keçiriləcək.

 

İnstitutdan AzEdu.az-a bildirilib ki, konfransın əsas məqsədi son illərdə Azərbaycanın distant təhsil təcrübəsini, bu istiqamətdə görülən işləri, uğurlu dünya təcrübəsinin ölkəmizdə tətbiq perspektivlərini müzakirə etmək və gələcək hədəfləri müəyyənləşdirməkdir. Konfransda Təhsil Nazirliyi və ona tabe qurumların nümayəndələrinin, ali və orta ixtisas təhsili müəssisələrinin rəhbərliyi, pedaqoji və inzibati heyətinin və maraqlanan digər şəxslərin iştirakı nəzərdə tutulub. Müxtəlif panellərdən və sessiyalardan ibarət konfransın gündəliyi tezliklə ictimaiyyətə təqdim olunacaq.