Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-11-03 11:34:00
Valideyn iclaslarını bu üsullarla çox faydalı etmək mümkündür – Xarici təcrübə

 

 

Valideyin iclasları  sinif rəhbəri,  həmin sinifdə tədrislə məşğul olan digər müəllimlər və valideynlər üçün əvəzsiz toplantıdır.

 

Bu iclaslarda təlim-tərbiyə prosesinin vəziyyəti, onun inkişaf etdirilməsi yolları, məktəblə valideyinlər arasında əməkdaşlığı müəyyənləşdirilir. Bundan əlavə, şagirdin uğurları və ya nöqsanları müzakirə olunur təhlil edilir.

 

 

Valideyin iclasları aşağıdakı hallarda toplanır:

 

-Təşkilati məsələlərlə bağlı;

 

 -Cari məsələlər və ya konkret hər hansı bir mövzu ilə bağlı;

 

-Yekun hesabat bağlı -tədris ilinin yarımillik və ya illik dövrünə yekun vurularkən

 

 

İcslasın həm valideyn, həm də müəllimlər üçün faydalı olması baxımından bir sıra psixololji-pedaqoji aspektlər nəzərə alınmalıdır.

 

 

 Pedaqoq özünü iclasa tam hazırlamalı

 

Valideyin iclasları zamanı sinif rəhbəri ciddiliyi, səmimiyyəti, gülərüzlülüyü, hər bir valideyinə eyni münasibəti ilə diqqətini cəlb etməlidir. Sinif rəhbəri, qeydiyyat dəfərini açıb,  hər bir şagirdlə bağlı həmçinin, fənn müəllimləri ilə söhbət zamanı apardığı qeydlərli valideynlərə bildirməlidir.   

 

 

Valideynlə fərdi söhbət

 

 

Sinif rəhbəri iclasın əvvəlində öz övladları ilə fərdi maraqlanan valideyinlərə iclasın sonunda şəxsən,təklikdə yanaşmasını xahiş etməlidir. Bir şagirdin problemlərini digər şagirdin valideyinlərinin yanında müzakirə etməsi düzgün deyil.

 

 

İclasın vaxtı

 

Valideyn iclası maksimum 45 dəqiqə olmalıdır. Valideynlərin sayı nəzər alınaraq vaxt düzgün bölünməlidir ki, hər valideyn öz övladı ilə maraqla bilsin. Bunun üçün də reqlament müəyyənləşdirib, ona uyğun hərəkət etmək lazımdır.

 

Hamının iştirakı 

 

İclasda sinifdə dərs deyən bütün müəllimlərin və  sinif valideyin iclaslarında iştirakı vacibdir.Hər bir valideynin hüququdur ki ,öz övladı haqqında  irad və təklifləri birbaşa, o fənni tədris edən müəlliə desin . Əgər fənn müəlliminin iş qrafiki iclas vaxtı ilə üst-üstə düşürsə iclasda istirak etməyə bilər. Belə hallarda fənn müəllimi bütün şagirdlər haqqında qeydlərini sinif rəhbərinə bildirməlidir.

 

 

 

Valideyn iclasının yekunu

 

Keçirilmiş iclasla bağlı valideynlərin fikirlərini bilmək vacib məsələlərdən biridir. Bunun üçün  sorğu vərəqləri hazırlayaraq onların təklif və  fikirlərini öyrənmək olar. Bu sorğu gələcək iclasın daha səmərəli keçməsinə şərait yaratacaqdır.

 

 

Son olaraq qeyd edək ki, statistikaya  əsasən  valideyn övladının məktəbdə oxuduğu dövr ərzində təxminən 40 iclasda istirak edir. Buda onu göstərir ki, bu iclaslar valideynlə əlaqənin əsas formasıdır. Düzgün təşkil edilmiş iclas ,pedoqoqla valideyn arasındakı münasibətin əsasını qoyur.

 

Gülcahan Məmmədova