Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-11-03 09:47:00
Tərtər rayonuna mediatur təşkil olunur

Tərtər rayonuna mediatur təşkil olunur.

 

AzEdu.az xəbət verir ki, noyabrın 3-də Tərtər rayonuna mediatur təşkil edilir.

 

Mediaturun məqsədi Tərtər rayonunda 9 noyabr - Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü münasibəti ilə “Bayraq yürüşü”nün keçirilməsi, Tərtər rayonu Şıxarx kənd 1 nömrəli modul tipli tam orta məktəbin açılışı və məktəbin həyətində “Zəfər Günü”nə həsr edilmiş aksiya çərçivəsində ağac əkilməsi, həmçinin Tərtər rayonu üzrə 44 günlük Vətən müharibəsində döyüşən təhsil işçiləri ilə görüşün keçirilməsidir.

 

Mediaturda təhsil nazirinin müşaviri Elnur Əliyev, Təhsil Nazirliyinin Ümumi təhsilin təşkili və idarəolunması şöbəsinin müdir əvəzi Orxan Abbasov, media qurumlarının rəhbərləri və KİV nümayəndələri iştirak edirlər.

 

Mediatur iştirakçıları əvvəlcə Tərtər şəhərinin girişindən Bayraq Meydanına doğru yürüş edəcək. 

 

Sonra Tərtər rayonu Şıxarx kənd modul tipli məktəbin açılışı nəzərdə tutulur. Daha sonra Tərtər rayonu üzrə Vətən müharibəsində iştirak edən təhsil işçiləri ilə görüş keçiriləcək

Şükufə Süleymanlı
Müəllifin digər yazıları