Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-11-02 14:14:00
"ƏDV-nin götürülməsi bu sektora ciddi şəkildə dəstək olacaq"-Şəmil Sadiq

Bu gün Milli Məclisin İqtisadiyyat komissiyasında Prezidentin təşəbbüsü ilə hazırlanan qanun layihəsinin müzakirəsi keçirildi.

 

AzEdu.az xəbər verir ki, müzakirədə millət vəkilləri Tahir Mirkişili, Fazil Mustafa, Etibar Əliyev, Zahid Oruc, Nizami Cəfər və Erkin Qədirli ilə yanaşı, bir çox naşir, media rəhbəri, yazar və kitab mağazası sahibləri də iştirak edib.

 

Qanuna əsasən kitab və kağız üzərindən ƏDV nin götürülməsi təklif edilib

 

 “Milli Məclisin bu demokratik addımını alqışlayıram. Çünki kitabçıların yığılıb qalan, ilıərlə arzusunda olduğu bir məsələdir və həll edilərsə nəşriyyat sektoruna ciddi şəkildə dəstək olacaq. Məncə, açıq şəkildə hər kəs öz təklifini deyə bildi və dinlənildi. Tahir bəyin məsələyə hakim olması bə atılan addımın nə qədər önəmli olduğunu geniş şəkildə bilməsi isə layihənin daha mötəbər olacağıba əminlik yaradır”.

 

Bu sözləri Hədəf şirkətlər qrupunun baş direktoru  Şamil Sadiq feysbuk səhifəsində yazıb

 

 O bildirib ki, Milli Məclisdə çox az sayda Millət Vəkilimiz var ki, bu məsələni zaman-zaman qaldırıb. Kitab dəstək verən, dəstək vermək istəyən hər kəsə təşəkkür düşür.