Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-11-02 12:09:00
Təhsil İnstitutu  vakansiya elan edir

Təhsil İnstitutunun Layihələrin idarə olunması şöbəsi mütəxəssis vəzifəsinə vakansiya elan edir.

 

İnstitutdan AzEdu.az-ya bildirilib ki, şöbə xarici ölkələr, yerli və beynəlxalq qurumlar və donorlarla əməkdaşlıqlar çərçivəsində fəaliyyətlərin təşkilinə məsul olaraq, bu istiqamətdə layihə təkliflərini və təşəbbüsləri idarə edir, layihələrin koordinasiyası və icrasına nəzarəti həyata keçirir.

 

Vəzifə öhdəliklərinə layihələrin təşəbbüsü, effektiv realizasiyası, əlaqələndirilməsi və idarəetməsinin təmin edilməsinə dəstək göstərilməsi, layihələr üzrə görülən tədbirlərin müvafiq struktur bölmələr ilə koordinasiyası, məlumatların təhlili, hesabatların tərtibi daxildir. Bununla yanaşı, layihələrin idarəetmə metodologiyasının, standartlarının müəyyən edilməsi və işlənməsinə dəstək, təhsil tədqiqatlarının aparılması da vəzifə öhdəliklərinə aiddir.

 

Müsabiqədə iştirak etmək istəyənlərin ali təhsili, təhsil və sosial layihələrin idarə edilməsi üzrə təcrübəsi, təşəbbüskarlığı olmalıdır. Bununla yanaşı, onlardan layihələri idarəetmə, tədqiqat, həm müstəqil, həm də komanda mühitində işləmək, yüksək təşkilatçılıq və effektiv ünsiyyət, Azərbaycan dili və ingilis dilində səlis şifahi və yazılı ünsiyyət bacarıqları, kompüter və təhsil sahəsi ilə bağlı biliklər tələb olunur.

 

Arzu edən şəxslər noyabrın 10-dək CV-lərini [email protected] elektron poçt ünvanına “Mütəxəssis” başlığı altında göndərmələri xahiş olunur.

 

Tələblərə cavab verən şəxslər müsahibəyə dəvət olunacaqlar.