Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-11-02 11:44:00
Təhsillə bağlı yeni standartlar hazırlanır 

Milli Məclisdə İşçi Qrup tərəfindən hazırlanan “Ali təhsil haqqında” yeni qanun layihəsi müzakirə olunur.

 

AzEdu.az  xəbər verir ki, layihə Elm və təhsil komitəsinin iclasında müzakirəyə çıxarılıb.

 

Müzakirələrdə komitə üzvlərindən başqa, təhsil nazirinin müavini İdris İsayev, təhsil nazirinin müşaviri Elnur Nəsibov, Təhsil Nazirliyi Aparatının rəhbəri Həsən Həsənli, Azərbaycan Dövlət İqtisadiyyat Universitetinin rektoru Ədalət Muradov, Bakı Slavyan Universitetinin rektor əvəzi Anar Nağıyev və digər qurumların nümayəndələri iştirak edirlər.