Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-11-01 12:49:00
Qəbulla bağlı gözlənilməz qərarlar,  ediləcək yeniliklər -Həftənin təhsil icmalı

 

 

AzEdu.az  ötən həftənin təhsil icmalını təqdim edir:

 

Yola saldığımız həftədə 25-31 oktyabr tarixində təhsil sahəsində nələrin baş verdiyinə qısa nəzər salaq:

 

Azərbaycanda 166 məktəbdə ənənəvi dərs jurnalları ləğv edilib

 

Məktəblərdə elektron jurnal və gündəlik sisteminin tətbiqi davam etdirilir.

 

Təhsil Nazirliyindən verilən məlumata görə, sistem hazırda şəhər və bölgələr üzrə 166 məktəbdə istifadə olunur.

 

Təzə sistemin ilin sonunadək daha 197 məktəbdə tətbiqi nəzərdə tutulur.

 

Xüsusi məktəblərə işə qəbulla bağlı müsahibə mərhələsi başa çatıb:

 

Xüsusi təhsil müəssisələrinə işə qəbul üzrə müsahibə mərhələsi keçirilib.

 

Təhsil Nazirliyindən  verilən məlumata görə, xüsusi təhsil müəssisələri üzrə işə qəbul üçün vakansiyalara müraciət edən namizədlərin məlumatları emal edildikdən sonra onlardan 44 namizəd seçilərək müsahibə mərhələsinə dəvət olunub

 

Coğrafiya fənni III qrupa əlavə edilib:

 

Dövlət İmtahan Mərkəzinin qərarına əsasən, III qrupda regionşünaslıq və beynəlxalq münasibətləri seçən şəxslər coğrafiya fənnindən imtahan verməlidir.

 

Bu il Azərbaycandan xaricə təhsil almaq üçün gedənlərin sayı açıqlanıb:

 

Hökumətlərarası Təqaüd Proqramları (HTP) çərçivəsində 2021-2022-ci tədris ili üzrə ümumilikdə 200 azərbaycanlı dünyanın 6 müxtəlif ölkəsində 41 nüfuzlu ali təhsil müəssisəsində müxtəlif ixtisas istiqamətləri üzrə təhsil almaq hüququ qazanıb.

 

I ixtisas qrupuna informatika fənni əlavə ediləcək:

 

DİM-in məlumatına əsasən, informatika fənni növbəti illərdən etibarən I ixtisas qrupuna salınacaq.Belə ki, həmin fənnin 2023-cü ildən tətbiq ediləcəyi planlaşdırılır.

 

İndi isə ötən həftənin əsas təhsil açıqlamalarına nəzər salaq:

 

DİM sədri: "I qrupda informatika ixtisası üzrə yenilik olacaq":

 

"2022-2023-cü ildə I qrupda informatika üzrə ixtisasını seçən abituriyentlər həmin qrupda kimyadan yox informatika fənnindən imtahan verəcəklər”.- DİM sədri əlavə edib.

 

Məleykə Abbaszadə: "Qəbul imtahanının məzmununda dəyişiklik ediləcək":

 

"Qəbul imtahanlarının məzmununa işğaldan azad edilən ərazilərin tarixi barədə yeniliklər olacaq".

 

DİM sədri: "Üçüncü ixtisas qrupu üzrə əlavə 1300 yer ayrılacaq":

 

III qrup üzrə dəyişikliklə bağlı 1 300 yer əlavə olunacaq əyişiklik III qrupdakı gərginliyi bir növ aşağı salacaq. Bu da 300 bal toplayıb ali məktəblərə qəbul olmayanlar üçün şans deməkdir. Yuxarı reytinqli ixtisaslarda vəziyyət olduğu kimi qalacaq.

 

Məleykə Abbaszadə: "Gələn il qəbul imtahanları iki mərhələdə keçiriləcək":

 

“Gələn il qəbul imtahanlarının iki mərhələdə keçirilməsi planlaşdırılır”.

 

DİM sədri özəl kursları tənqid edib: “Verdikləri nəticələr qəbul imtahanında təsdiqlənmir”:

 

“Kağız daşıyıcılar üzərində olan sınaq imtahanlarında şagirdlər öz bilikləri ilə yanaşı, real vaxt rejimində nə etmək lazım olduğu vərdişlərini əldə edirlər. Bu nöqteyi-nəzərdən kağız daşıyıcısında olan imtahan daha əlverişlidir. Özəl kursların təşkil etdiyi sınaq imtahanlarının nəticələrinə biz cavabdeh deyilik. Çünki həmin imtahanların nəticələri real biliyi əks etdirmir. Biz açıq sualları imtahanlara təklif edirik, nəticələrini də ekspertlərimiz təhlil edir. Ancaq özəl kursların verdiyi nəticələr qəbul imtahanında təsdiqlənmir”.

 

Bunu DİM-in Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.

 

 

Şükufə Süleymanlı
Müəllifin digər yazıları