Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-11-01 10:28:00
Müəllimlər üçün testlərdə qarşıya çıxan çətinliklərlə bağlı vebinar təşkil olunacaq  

Təhsil İnstitutu müəllimlərin sertifikasiyası imtahanlarının qiymətləndirmə çərçivəsinin izahı ilə bağlı vebinarları davam etdirir.

 

İnstitutdan AzEdu.az-a bildirilib ki, növbəti vebinar noyabrın 2-də “Bakteriyalar, göbələklər və bitkilər aləminə aid testlərdə qarşıya çıxan çətinliklər” mövzusunda keçiriləcək. Vebinarda spiker qismində Əməkdar müəllim, “İlin ən yaxşı müəllimi” müsabiqəsinin qalibi, dərslik müəllifi Nüşabə Məmmədova çıxış edəcək.

 

Vebinarın keçirilməsində əsas məqsəd sertifikasiyaya hazırlaşan müəllimlər üçün çətin mövzuların və qiymətləndirmə vasitələrinin izah olunmasıdır.

 

Tədbir institutun feysbuk səhifəsi üzərindən canlı yayımlanacaq.

 

Xatırladaq ki, Təhsil İnstitutu müəllimlərin işə qəbulu və sertifikasiyası imtahanlarının qiymətləndirmə çərçivəsini hazırlayıb.