Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-10-30 14:10:00
Təhsildə Keyfiyyət Təminatı Agentliyinin elektron ərizə sistemi yenilənib

Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) xarici diplomların tanınması çərçivəsində vətəndaşlara göstərilən xidmət səviyyəsinin ölçülməsi məqsədilə elektron ərizə sistemində növbəti təkmilləşdirmə aparıb.

TKTA-dan AzEdu.az-a bildirilib ki, xarici ali təhsil ixtisaslarının ölkə ərazisində tanınması məqsədilə təqdim olunan sənədlərin ekspertizasının yekununda ərizəçilər kabinetdə əks olunan “Nəticəyə bax” düyməsinə sıxaraq qiymətləndirməni həyata keçirə bilərlər. Qiymətləndirmə xidmət istifadəçilərinə əlaqəli mövzuda rəy bildirmək imkanı təqdim edir ki, bununla da ərizəçilər xidmətdən narazı olduqları təqdirdə müvafiq səbəbi seçərək əlavə məlumat bölməsində öz rəylərini qeyd edə bilərlər.

Qeyd edək ki, qiymətləndirmə nəticəsində əldə olunan məlumatların Agentliyin vətəndaşlara göstərdiyi xidmət səviyyəsinin ölçülməsində və zəruri təkmilləşdirilmələrin aparılmasında müstəsna rolu olacaq.