Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-10-30 12:27:00
Xüsusi təhsil müəssisələrinə işə qəbul üzrə müsahibənin nəticələri açıqlanıb

Oktyabrın 26-da keçirilən xüsusi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsinin nəticələri namizədlərin şəxsi səhifələrinə göndərilib.

 

Təhsil Nazirliyindən AzEdu.az-a bildirilib ki, müsahibələrdə uğur qazanan namizədlərin şəxsi səhifəsində bu barədə müvafiq məlumatlar qeyd olunub və onlarla 2021-2022-ci tədris ilinin sonuna kimi müqavilə bağlanılacaq.

Qeyd edək ki, xüsusi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsi onlayn formatda həyata keçirilib.