Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-10-27 09:50:00
 12 dövlət orqanında 30 vakant vəzifə daxili müsahibəyə çıxarılıb- DİM

On iki dövlət orqanında mövcud olan 30 vakant vəzifə daxili müsahibəyə çıxarılıb.

 

AzEdu.az xəbər verir  ki, elana çıxarılan vəzifələr üzrə qeydiyyatdan keçmiş 66 namizəddən 60–nın müsahibədə iştirakına razılıq verilib. Beləliklə, sentyabrın 30-da elan edilmiş daxili müsahibələrin keçirilmə qrafiki müəyyən edilib.

 

Ən yüksək müsabiqə vəziyyəti Mədəniyyət Nazirliyi, Sənəd və vətəndaşlarla iş şöbəsi, dövlət orqanı aparatında şöbə müdiri (1 vakant yer üzrə 8 namizəd), Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, dövlət orqanı rəhbərinin köməkçisi - nazirin köməkçisi (1 vakant yer üzrə 7 nəfər) vəzifələri olub.

 

Müsahibələrin noyabr 1–dən 19-dək keçirilməsi planlaşdırılır. Qeydiyyatdan keçmiş namizədlər müsahibənin vaxtı və yeri haqqında daha ətraflı məlumatı DİM-in saytında yerləşdirilmiş linkdən əldə edə bilər.

 

Nəzərə almaq lazımdır ki, müsahibələrin təşkili və keçirilməsi üçün Dövlət İmtahan Mərkəzi və dövlət orqanları tərəfindən kifayət qədər vəsait və resurslar sərf olunur. Mərkəz namizədlərin nəzərinə çatdırır ki, onların müsahibədə iştirak etməmələri üzrlü hal kimi qəbul edilmir, namizədlərin məsuliyyətsizliyi kimi xarakterizə edilir və belə hallar Mərkəzin məlumat bazasında qeydiyyata alınır.

 

Namizəd müsahibə keçirilmə tarixindən bir gün əvvəl saat 10:00-dək müsahibələrin keçirilmə qrafikində “Şəxsi kabineti”nin kodunu seçib açılan müraciət formasında “İMTİNA” düyməsini sıxmaqla müsahibədə iştirakdan imtina edə bilər.

 

Müsahibədə üzrlü səbəblərdən iştirak etməyən namizədlə həmin vakant vəzifə üzrə (elan edilmiş cari müsahibə üzrə) yeni müsahibənin təşkili yalnız müvafiq təsdiqedici sənəd nəzərə alınmaqla həyata keçirilə bilər.

Namizədlərdən müsahibənin başlanma vaxtından ən azı 30 dəqiqə əvvəl müsahibələrin keçiriləcəyi binaya yaxınlaşmaları xahiş olunur.