Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-10-26 09:30:00
UNEC-də əcnəbi tələbələrlə görüş keçirilib    

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) beynəlxalq əlaqələr və proqramlar üzrə prorektoru Neman Muradlı əcnəbi tələbələrlə görüşüb.

 

AzEdu.az xəbər verir ki, prorektor əcnəbi tələbələr üçün yaradılan şəraitdən söz açıb, UNEC-in təhsil imkanları, beynəlxalq əlaqələri və həyata keçirdiyi layihələr barədə ətraflı məlumat verib. Həmçinin əcnəbi tələbələrin təhsili və ehtiyacları ilə yaxından maraqlanıb. UNEC-də əcnəbi tələbə klubunun fəaliyyət göstərdiyini diqqətə çatdıran N.Muradlı, tələbələrə universitetin ictimai və sosial həyatında fəal olmağı tövsiyə edib.

 

Qeyd edək ki, 2021/2022-ci tədris ilində UNEC-ə ABŞ, Rusiya, Şri-Lanka, Türkiyə, Gürcüstan, Ukrayna, Türkmənistan, Antiqua və Barbuda, Bəhreyn, Əfqanıstan, İran, Liviya, Özbəkistan, Pakistan və Qazaxıstandan 87 əcnəbi tələbə qəbul olub. Onlardan 78-i bakalavriat, 9-u isə magistratura üzrə təhsil alır. Ümumilikdə isə UNEC-də 319 əcnəbi tələbə təhsil alır. Təhsil qrantı və dövlət proqramları çərçivəsində UNEC-də təhsil alan əcnəbilərin sayı 15 nəfərdir.