Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-10-14 13:48:00
Səhiyyə Nazirliyi: "İndiyədək 357 yeniyetmə vaksinasiya olunub"  

Azərbaycanda peyvənd olunan yeniyetmələrin sayı açıqlanıb.

 

AzEdu.az xəbər verir ki, Səhiyyə Nazirliyindən Reporta verilən məlumata görə, indiyədək 357 yeniyetmə vaksinasiyada iştirak edib.

 

"Onlar arasında hər hansı ağırlaşma yaxud fəsad qeydə alınmayıb. Qeyd edək ki, yeniyetmələrin vaksinasiyası mərkəzləşdirilmiş şəkildə Bakı Sağlamlıq Mərkəzində aparılır. Bildiririk ki, yeniyetmələr yalnız tibbi göstəriş olduğu halda və hər iki valideynin razılığı ilə peyvənd oluna bilərlər", - nazirlikdən qeyd olunub.