Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-10-14 12:46:00
Şagirdlər  BU ŞƏRTLƏR daxilində PULSUZ tibbi xidmətdən istifadə edə bilərlər-DİQQƏT

Pandemiya şəraitində təhsilalanların səhətlərinin qorunması olduqca vacib məsələlərdən biridir.

 

Belə ki, təhsil müəssisələrində pulsuz tibbi xidmətlər göstərilir və şəxslər bundan istifadə edə bilərlər.

 

AzEdu.az “Təhsil müəssisəsində təhsilalanlara pulsuz tibbi xidmətin göstərilməsi” qaydalarını təqdim edir:

 

Məktəbəqədər və ümumi təhsil müəssisələrində təhsilalanlar yaşadıqları ərazi polinikası tərəfindən pulsuz tibbi xidmətlə təmin edilirlər.

 

Peşə, orta ixtisas, ali təhsil müəssisələrində təhsil alan və həmin təhsil müəssisəsinin yerləşdiyi yerdə daimi yaşayan təhsilalanlara onların yaşadıqları ərazi poliklinikaları tərəfindən pulsuz tibbi xidmət göstərilir.

 

Təhsilalanların olduğu yer peşə, orta ixtisas, ali təhsil müəssisələrinin yerləşdiyi yerdən kənarda olduqda, onlara həmin təhsil müəssisələrinin aid edildiyi ərazi poliklinikaları tərəfindən tibbi xidmət göstərilir.

 

Təhsil müəssisəsində tibbi xidmət müəssisəsi varsa, bu halda burada təhsilalanlar həmin tibb müəssisəsi tərəfindən tibbi xidmətlə pulsuz təmin edilirlər.

 

Təhsilalanlara zəruri hallarda onlara xidmət göstərən poliklinikalar tərəfindən verilmiş göndəriş əsasında stasionar tipli müəssisələrdə pulsuz tibbi xidmət göstərilir.

 

Şükufə Süleymanlı
Müəllifin digər yazıları