Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-10-13 13:00:00
 Koronavirusdan ölən şagirdin oxuduğu sinif distant təhsilə keçdi 

 

Yusif Məmmədəliyev adına Sumqayıt şəhər 31 nömrəli tam orta məktəbin 9 b sinif distan təhsilə keçib.

 

 AzEdu.az xəbər verir ki, həmin sinifdə əyani tədris oktyabrın 20-də bərpa olunacaq.

 

Belə ki, bu sinifin şagirdi Kamil Əsgərov oktyabrın 5-də sinif rəhbərinə xəstələndiyini deyib və həmin gündən məktəbə gəlməyib. Oktyabrın 6-dan onun təhsil aldığı 9b sinfində əyani tədris dayandırılıb və distant təhsilə keçilib. Koronavirusa yoluxan Kamil oktyabrın 11-də Bakıda klinikalardan birində aparılan müalicə tədbirlərinə baxmayaraq vəfat edib.

 

 

Şükufə Süleymanlı
Müəllifin digər yazıları