Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-10-12 16:47:00
Azərbaycanda daha 1 277 nəfər koronavirusa yoluxub, 15 nəfər ölüb

Azərbaycanda ötən sutka koronavirus (COVID-19) infeksiyasına 1277 yeni yoluxma faktı qeydə alınıb, 853 nəfər müalicə olunaraq sağalıb.

 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AzEdu.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 15 nəfər vəfat edib.

 

İndiyədək ölkədə ümumilikdə 494 067 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 474 514 nəfər müalicə olunaraq sağalıb, 6 692 nəfər vəfat edib. 12 861 nəfər aktiv xəstə sayını təşkil edib.

 

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 11 569, bu günə qədər isə ümumilikdə 4 969 881 test icra olunub.