Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-10-10 11:35:00
Adanada VI Aralıq dənizi konfransı keçiriləcək  

Oktyabrın 23-24-də Aralıq dənizi Beynəlxalq Sosial Elmlər Konqresi və UBAK Beynəlxalq Elmlər Akademiyası Birliyinin təşkilatçılığı ilə Adanada VI Aralıq dənizi konfransı keçiriləcək.

 

AzEdu.az xəbər verir ki, bu barədə UNEC-dən məlumat verilib. Bildirilib ki, konfransda iştirak etmək istəyənlər tezislərini oktyabrın 18-dək təqdim etməlidirlər.

 

Ənənəvi və onlayn qaydada təşkil ediləcək konfransda iştirak ödənişlidir. Tələbələrə, müəllim və doktorantlara güzəştlər ediləcək.

Qeydiyyat üçün oktyabrın 19-dək müraciət etmək olar. Konfrans haqqında ətraflı məlumatla UNEC-in saytındakı link vasitəsilə tanış olmaq mümkündür.