Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-10-10 11:15:00
''Offline tədris zamanı qruplarda 28 tələbə olub''-Ədalət Muradov
''Oktyabrın ilk həftəsində UNEC-də bakalavriat səviyyəsində 5623 dərs təşkil edilmişdir. 1886 və ya 33.5% dərslər online, 3737 və ya 66,5% dərslər isə offline keçirilmişdir.''
 
 
AzEdu.az xəbər verir ki, bu fikirləri UNEC-in rektoru Ədalət Muradov öz feysbuk hesabında qeyd edib.
 
 
''Auditoriya fondundan ən yüksək istifadə göstəricisi 59% olmaqla həftənin I günü saat 09.40 – 10.40-da olub. Həmin saatda 159 auditoriyada dərslər təşkil edilib. Offline tədris zamanı qruplarda orta hesabla 28 tələbə olmuşdur.
 
UNEC üzrə ən yüksək tələbə sıxlığı da həftənin I günü saat 09.40-10.40-da olub. Həmin vaxtda dörd tədris binasında dərslərdə orta hesabla 4452 tələbə iştirak etmişdir ki, bu da bir növbəyə hesablanan tələbə sayının 72%-ni təşkil edir.
 
4-7 oktyabrda online dərslərdə tələbələrin iştirak (04.10.2021 istisna olmaqla) 80 faizdən yüksək olub. 5 oktyabr tarixində online dərslər 98.1%, offline dərslər isə 91.3%, 6 oktyabr tarixində müvafiq olaraq 98.9% və 93.2 %, 7 oktyabr tarixində 97.4% və 87.9 % baş tutub.''