Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-10-09 15:47:00
UFAZ tələbələrinin “SOCAR-Polymer” zavodunda təcrübə keçmək imkanları müzakirə olunub-FOTO  

Azərbaycan-Fransız Universitetinin (UFAZ) nümayəndələri Sumqayıtda “SOCAR-Polymer” zavodunda olublar.

 

Bu barədə AzEdu.az-a UFAZ-dan məlumat verilib. Bildirilib ki, UFAZ nümayəndələri “SOCAR-Polymer” zavodunun rəhbərliyi və əməkdaşları ilə görüşüb. “SOCAR- Polymer” komandası korporativ təcrübə üçün seçilən UFAZ tələbələrinin yeni bilik öyrənmək, yüksək səviyyəli rəqəmsal bacarıqlar və təşəbbüskarlıq qabiliyyətlərini qeyd edərək çox müsbət rəy bildirib.

 

UFAZ ilə “SOCAR-Polymer” zavodu arasında əməkdaşlıq məsələləri, eləcə də 4-cü kursda təhsil alan bakalavr, 1 və 2-ci kursda təhsil alan magistr tələbələrinin təcrübə keçmək imkanları müzakirə olunub.