2018-07-30 10:46:00
Lerikdə eradan əvvəl V-III əsrlərə aid qəbirlər və mədəniyyət nümunələri aşkarlanıb
Lerik rayonunun Gürdəsər kəndində aparılan arxeoloji qazıntılar zamanı eradan əvvəl V-III əsrlərə aid yeni insan qəbirləri və maddi-mədəniyyət nümunələri aşkar edilib.
AzEdu.az-ın Azərbaycan Milli Elmlər Akademiyasının saytına istinadən verdiyi məlumata görə, AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları tərəfindən 2012-ci ildən Lerikin Gürdəsər kəndində Piboz adlanan təpədə genişmiqyaslı arxeoloji qazıntı işləri aparılır.
Şəhərdən 20 kilometr aralıda yerləşən bu ərazidə antik dövrə aid torpaq qəbirlərin içərisindən o dövrün adət-ənənəsinə müvafiq olaraq sağ və sol böyrü üstə uzadılmış insan skeletləri, onların yanında isə saxsı qablar və tunc bəzək əşyaları, qılınclar, nizə, bıçaq aşkarlanıb. Eyni zamanda, heyvan şəklində qablar da vardır ki, bunların da xüsusi ayinlərlə bağlı olduğu bildirilir.
Ekspedisiyanın rəhbəri, tarix üzrə fəlsəfə doktoru Ceyhun Eminli bildirib ki, Lerik rayonunun Gürdəsər kəndində qazıntılar zamanı ümumilikdə 180-dən çox qəbir aşkar olunub. Burada 2400-2500 il əvvəl geniş bir ərazini əhatə edən qəbiristanlıq olub. Qəbiristanlıq sıxlığı ilə də diqqət çəkir. Bu, onu göstərir ki, həmin dövrdə ərazidə 300-500 il bir dövrü əhatə edən yaşayış olub.
Qeyd olunub ki, 2016-cı ildən antik dövr üzrə Lerik arxeoloji ekspedisiyasına amerikalı mütəxəssislər də dəvət olunub. Artıq üçüncü ildir ki, ekspedisiya beynəlxalq statusda fəaliyyət göstərir. Xarici mütəxəssislər burada əsasən heyvan və insan sümüklərinin araşdırılması üzrə antropoloji tədqiqatlar aparırlar.
Ekspedisiya fəaliyyətini iyulun 31-də yekunlaşdıracaq.
Bu bölməyə aid digər xəbərlər
“Metodist hazırlığı” müsabiqəsi üzrə qeydiyyat prosesi başa çatıb
2024-05-08 17:12:57
Qazax-Tovuz RTİ-dən İLK: Bu qədər şagird olimpiadanın növbəti turuna vəsiqə qazandı
2024-05-08 16:59:06
MİQ imtahanına sənəd qəbulu başlayır
2024-05-08 14:35:00
Rektor beynəlxalq yarışda qalib gələn tələbələrlə görüşüb
2024-05-08 14:09:00
I sinfə qəbul üçün müsahibələr davam edir...
2024-05-08 13:36:41
III ixtisas qrupu: Bu ixtisasların iş imkanları GENİŞDİR
2024-05-08 13:05:00
Bakıda 24, rayonlarda 25 dərəcə isti olacaq
2024-05-08 12:51:23
ADNSU-nun şəhid məzunları... - TANIYAQ
2024-05-08 11:13:00
Leysan yağış, qar... - GÜNÜN HAVASI
2024-05-08 08:38:02
kitabı
ÇOX OXUNANLAR
6 May 2024, 09:20
Sertifikasiya: “Təkrar imtahan müəllimlər üçün böyük şansdır”
7 May 2024, 10:17
Məktəblilər arasında dava ölümlə nəticələnib
30 Aprel 2024, 15:18
Maksimum bal toplayanlar bu məktəbin şagirdləridir- SİYAHI
2 May 2024, 13:02
I ixtisas qrupunda tələbat olmayan İXTİSASLAR
30 Aprel 2024, 12:10
“Bu il magistraturaya qəbulda güclü rəqabət olacaq”
1 May 2024, 12:45
Polis Akademiyasına qəbul: Ballar enəcək?
3 May 2024, 10:48
Sertifikasiya imtahanının dəqiq vaxtı AÇIQLANDI
29 Aprel 2024, 09:23
“Örnək müəllim” sertifikasiyadan kəsilənlərə müraciət etdi: “Təslim olmayın”
FACEBOOK