Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-10-05 09:48:00
Amerikalı senator qadın narazı tələbələrdən qaçaraq tualetdə gizləndi  

Amerikalı senator Kristen Sinema onun Konqresdəki fəaliyyətindən narazı tələbə-aktivistlərdən qaçaraq tualetdə gizlənib.

 

“Arizonada dəyişikliklər üçün birlikdə yaşayaq” (LUCHA) təşkilatının aktivistləri Arizona Universitetində mühazirədən çıxarkən ona yaxınlaşıblar. Lakin tələbələrlə danışmaq istəməyən Kristen Sinema aradan çıxaraq tualetdə gizlənib. Aktivistlər ondan Prezident Co Baydenin iqtisadiyyatın xilası üçün irəli sürülən “Builk Back Better” təşəbbüsünü dəstəkləməsini istəyiblər. Onlar həmçinin tələblərinin yerinə yetirilməyəcəyi halda ştat əhalisinin onu Senatdan geri çağıra biləcəyini bildiriblər.