Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-10-04 14:19:00
BŞTİ məktəblərdə pul yığılması iddialarına münasibət bildirib

Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) məktəblərdə 5 oktyabr - Beynəlxalq Müəllimlər Günü münasibətilə pul yığılması iddialarına münasibət bildirib.

 

İdarədən bildirilib ki, BŞTİ məktəblərdə qanunvericiliyin tələblərinə uyğun idarəetmə prinsiplərinə əməl olunmasına ciddi nəzarət edir.

 

"Ümumi təhsil müəssisələrinin fəaliyyəti ilə bağlı valideynləri narahat edən hər hansı hal olarsa, BŞTİ-nin Çağrı Mərkəzinə (146-0) və ya Təhsil Nazirliyinin 146 saylı “Qaynar xətt” xidmətinə anonim olmadan müraciət edilməsi tövsiyə olunur" - idarədən qeyd olunub.

 

Report.az