Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-10-04 12:40:00
Pedaqoji fəaliyyət göstərmək istəyən şəxslər üçün təlimlərə qeydiyyat aparılır  

Təhsil İnstitutu ali məktəblərdə pedaqoji fəaliyyətlə məşğul olmaq istəyən, sənayedə və iş dünyasının müxtəlif sahələrində çalışan şəxslərin bu sahədə bilik və bacarıqlarını artırmaq məqsədilə təlimlər təşkil edir.

İnstitutdan bildirilib ki, təlimlər pedaqoji fəaliyyətdə ilk addım, tədrisin planlaması və tətbiqi, ali təhsilin normativ-hüquqi tənzimlənməsi, təhsil prosesində müasir rəqəmsal texnologiyaların tətbiqi, elmi rəhbərlik, tədrisin idarə edilməsi və peşə etikası kimi mövzuları əhatə edəcək.

Təlimlərdə iştirakçılar ali təhsildə pedaqogika və psixologiya, təhsilalanlara fərdi yanaşma ilə bağlı biliklərini artıracaq, rəqəmsal texnologiyalardan rahatlıqla istifadə qaydalarına, elmi rəhbərlik etmək üçün əsas bacarıqlara yiyələnəcək, qiymətləndirmə metodlarını, təlim metodlarını, sillabusların tərtib edilməsini öyrənəcək, tələbələrin fəaliyyətinə vaxtında və tam nəzarət edə biləcəklər.

Ali təhsili olan şəxslər təlimlərdə iştirak edə bilərlər. Təlimlər ödənişli əsaslarla, axşam saatları və həftə sonları onlayn formada təşkil edilir. Qeydiyyatdan keçən şəxslərə proqram və ödəniş ilə bağlı ətraflı məlumat göndəriləcək.

Qeydiyyatdan keçmək üçün oktyabrın 7-dək aşağıdakı keçiddən istifadə etmək olar.