Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-10-02 13:39:00
Təhsildə innovasiyalar üzrə mütəxəssis vəzifəsinə vakansiya elan edilir  

Təhsil İnstitutu təhsildə innovasiyalar üzrə mütəxəssis vəzifəsinə vakansiya elan edir.

Bu barədə institutdan bildirilib. Qeyd olunub ki, namizədlər ali təhsilli olmalı, təhsil, sosial və ya biznes layihələrin idarə edilməsi üzrə iş təcrübəsi, müvafiq kompüter bilikləri, Azərbaycan dili və ingilis dilində səlis şifahi və yazılı ünsiyyət, tədqiqat, layihələri idarəetmə, kollektivlə işləmək və effektiv ünsiyyət bacarıqları, təşəbbüskarlıq kimi tələblərə cavab verməlidir.

Müsabiqədə iştirak etmək arzusunda olan şəxslərdən oktyabrın 7-dək CV-lərini [email protected] elektron poçt ünvanına “Təhsildə innovasiyalar üzrə mütəxəssis” başlığı altında göndərmələri xahiş olunur.

Tələblərə cavab verən şəxslər müsahibəyə dəvət olunacaqlar.