Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-10-01 19:30:00
Emin Əmrullayev: "Məktəbə başlama yaşının azaldılmasına çalışmalıyıq"    

"Düşünürəm ki, qarşımızda duran çağırışlardan biri uşaqların məktəbə başlama yaşıdır. Zənnimcə, hələ də gecdir, çünki 6 yaşda başlayırıq".

AzEdu.az xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev bildirib.

"Məktəbə başlama yaşının azaldılmasına çalışmalıyıq ki, uşaqlar mümkün qədər erkən yaşlarında öyrənməyə başlasınlar", - nazir deyib.

Qeyd edək ki, yeni təklifə görə, uşaqlar ibtidai sinfə 5 yaşında getməlidirlər.