Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-10-01 15:58:00
Dövlət Proqramı bu sahələr üzrə elan ediləcək-Nazir açıqladı

“Proqramda təbii ki, daha çox ölkənin və dünyanın inkişafına uyğun olan sahələr prioritetləşdiriləcək”


AzEdu.az xəbər verir ki, bunu Təhsil naziri Emin Əmrullayev növbəti Dövlət Proqramı ilə bağlı keçirilən birifinqdə qeyd edib.

 

Nazir proqramın elan ediləcəyi sahələrin bir qismini açıqlayıb:


“Bu gün həmin sahələrin sadəcə bir qisminin adını çəkmək doğru olar. Çünki müzakirələr zamanı yeni sahələr də prioritetləşdirilə bilər. Amma birmənalı olaraq texniki texnoloji sahələr, mühəndislik, İT və kibertəhlükəsizlik, hərbi sənaye və hərb sənayesinin inkişafına yönəlmiş sahələr, o cümlədən kənd təsərrüfatının texnoloji inkişafı ilə bağlı olan sahələr, fundamental elmlər(yəni kimya, fizika, biologiya, geologiya) kimi və onların kəsişməsi olan biokimya və bioinformatika tipli sahələr, eyni zamanda iqtisadiyyat, maliyyə, dövlət idarəçiliyi, təhsil kimi sosial sahələr hələlik ilkin siyahıda olan ümumi fikirlərdir.Amma təbii ki, qeyd etdiyim kimi müzakirələr zamanı digər sahələrin də prioritetləşdirilməsi gözlənilir”.