Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-10-02 13:59:00
Dövlət proqramına seçim proseduru necə olacaq?-CAVAB

“Seçim proseduru ilə bağlı müəyyən müzakirələrimiz aparılır. Bir neçə meyarları arasından ən uyğununun seçilməsini düşünürük”


AzEdu.az xəbər verir ki, bunu Təhsil naziri Emin Əmrullayev növbəti Dövlət proqramı ilə bağlı keçirilən brifinqdə səsləndirib.


Nazir bildirib ki, təhsil müəssisəsinin iştirakı ilə də bu seçimi aparmaq mümkündür:


“Təhsil Nazirliyi və digər aidiyyatı qurumların müvafiq qaydada müəyyən edildikdən sonra bu seçimin aparılacaq. Eyni zamanda ali təhsil müəssisələrinin özləri ilə də əməkdaşlıqla bu seçimi aparmaq mümükündür. Çünki universitetə tələbənin qəbul edilməsi ilə bağlı qərarı Azərbaycanda olan qurumlar yox, həmin universitet verir. Məsələn, bir yerə bir neçə azərbaycanlı tələbə qəbul olubsa, onların arasında bizim məhdudiyyət şərtlərinə əsasən ən uyğunlarının seçilməsi məhz universitet tərəfindən də həyata keçirilə bilər. Bununla yanaşı ayrı-ayrı birgə komissiyalar modeli də var ki, bir çox universitetlərlə birgə komissiyalar müəyyən olunur. Məsələn, hazırda Macarıstanda və Çində tətbiq etdiyimiz model buna çox yaxındır”.


Nazir,-“ Amma istənilən halda seçim şərtlərinin və prosesin şəffaf, çoxtərəfli və bütün maraqlı tərəflərin iştirakı ilə olmasının tərəfdarıyıq”- deyə vurğulayıb.