Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-10-01 15:18:00
Nazir xaricdə təhsil alan gənclərin sonradan ölkəyə qayıtması məsələsinə aydınlıq gətirib

"Sosial mediada gördüyüm iki sual məni düşündürür. Onlardan biri həmin şəxslərin geri qayıtması və Azərbaycanın inkişafında rolunun olması ilə bağlıdır”


AzEdu.az xəbər verir ki, bunu Təhsil naziri Emin Əmrullayev növbəti Dövlət Proqramı ilə bağlı keçirilən brifinqdə deyib.


Nazir xaricdə təhsil alan gənclərin sonradan ölkəyə qayıtması məsələsinə aydınlıq gətirib:


“Proqramda öz timsalımda deyə bilərəm ki, çox sayda Azərbaycan vətəndaşı təhsillərini bitirdikdən sonra geri qayıdıblar və bu gün ölkənin bir çox müəssisələrində, hətta Mərkəzi İcra Hakimiyyəti orqanlarında, özəl sektorlarda rəhbər vəzifələrdə çalışırlar. O cümlədən rəhbər vəzifədə işləməyib, amma öz peşəkar fəaliyyətinə davam edən çox vacib ali təhsil müəssisələrində müəllimlik fəaliyyəti ilə məşğul olan xeyli sayda məzunlarımız var. Bütün bunları nəzərə alaraq ümumilikdə təbii ki, proqram hazırlanarkən geri qayıtma tələbləri ilə bağlı xüsusi diqqətdə saxladığımız məqamlardan biri bu olacaq. Təbii olaraq bu proqramda uğur qazanan gənclərimizin lotereyada uduş əldə etmiş şəxslər yox, ölkənin gələcəyi üçün öz peşəkar əmək fəaliyyətini qurmaq istəyən şəxslər kimi görmək istəyirik”.