Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-10-01 14:58:00
Yeni dövlət proqramının böyük hissəsi magistratura pilləsini əhatə edəcək-Emin Əmrullayev

“Bu dəfəki proqramın böyük hissəsi magistratura pilləsini əhatə edəcək”


AzEdu.az xəbər verir ki, bunu Təhsil naziri Emin Əmrullayev bildirib.


Nazir bakalavriatura pilləsində hansı tələbələrin təhsilinin maliyyələşdiriləcəyindən danışıb:


“Bununla yanaşı bakalavr üzrə də ən yüksək pillə universitetlər nəzərədə tutulacaq. Hazırda nisbəti demək çox çətindir. Sadəcə olaraq, müəyyən təəssürat yaratmaq üçün deyə bilərik ki, magistratura üzrə biz daha böyük saydan danışırıq, nəinki bakalavriatura üzrə. Xüsusi istedadı ilə fərqlənən olimpiada qalibləri və bu sahədə yaxud ayrı-ayrı sahələrdə fərqli nailiyyətlər əldə etmiş gənclərin bakalavriatura pilləsi üzrə ən nüfuzlu ali təhsil müəssisələrində təhsilinin maliyyələşdirilməsini planlayırıq”.


Nazir,-“ Elə ixtisaslar var ki, onlarda bakalavr pilləsindən göndərilməsi magistratura pilləsinə nisbətən daha məqsədəuyğundur”- deyə qeyd edib.