Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-10-01 14:37:00
Dövlət proqramında yüksək reytinqə malik ixtisasların siyahısı elan ediləcək-Nazir

“Əvvəlki proqramın əsas mahiyyəti Azərbaycanda öz istedadı, bacarığı ilə seçilən gənclər üçün yeni imkanlar açmaq idi. Bu proqram da oxşar məntiq üzərində qurulacaq”

 

AzEdu.az xəbər verir ki, bunu Təhsil naziri Emin Əmrullayev deyib.


Nazir bu dəfəki proqramda yeniliklərin olacağını bildirib:


“Proqram vasitəsilə müxttəlif prioritet sahələr üzrə gənclərin nüfuzlu ali təhsil müəssisələrinə göndərilməsi düşünülür. Say etibarı ilə biz hər il göndərilən bir neçə yüz gəncdən danışırıq. Əvvəlki proqramda yalnız universitetlərin siyahısını müəyyən edirdiksə və müraciət edən şəxs istədiyi ixtisasa qəbul olunurdusa, bu proqramda bir qədər daha hədəfli yanaşmanın tərəfdarıyıq. Belə ki, müəyyən edilmiş istiqamətlərdə həmin ixtisas sahəsi üzrə daha yüksək reytinqə malik ixtisasların və proqramların siyahısı elan ediləcək. Yəni təkcə universitetin deyil, həmin universitetdə hansı ixtisasların maliyyələşdiyini də müəyyən edəcəyik. Müxtəlif ölkələr və coğrafi reallıqlar nəzərə alınaraq yəqin ki, bu böyük bir siyahı olacaq”.