Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-09-28 11:39:00
  Tənəffüs  zamanı pandemiya qaydalarına necə əməl edilir?-Direktor

 

 

Məktəbdə sosial məsafəni qorumaq üçün hər yerdə  işarələr qoyulub.  Bütün siniflər , eləcə də sanitar qovşaqlar dezinfeksiyaedici məhlullarla təmin olunub.

 

Bunu  AzEdu.az-a açıqlamasında Mikayıl Müşfiq adına 18 saylı  məktəbin direktoru Rəna Süleymanova deyib.

 

Məktəb direktoru, tənəffüs zamanı sıxlığı aradan qaldırmaq üçün hansı tədbirlər gördüklərindən danışıb.

 

 “Məktəblərdə tənəffüs mərtəbələr üzrə tənzimlənir . Bildiyiniz kimi, hal-hazırda  1-4 -cü siniflər əyani tədrisə başlayıblar. Həmin siniflər də 3 mərtəbəni əhatə edir. Biz zəngləri mərtəbələr üzrə tənzimləyirik ki, sosial məsafəyə riayət olunsun.  Tənəffüslər növbəli  şəkildə təşkil edilib.   Yəni birinci mərtəbədə  tənəffüz bitdikdən sonra, ikinci mərtəbədə  başlayır. 

 

Bu qayda sinif otaqlarına da aiddir. On dəqiqəlik tənəffüsləri elə bölmüşük ki, dəhlizlər də  şagird sıxlığı yaranmasın.   Onu da qeyd edim ki, yeməkxanalar  isə  pandemiya şəraitiylə əlaqədər  istifadəyə verilməyib”.

 

 

Məktəblərdə təchiz otaqları yaradılıb

 

“Bildiyimiz  kimi, məktəbin girişində bütün şagirdlərin hərarəti ölçülür. Şagird özünü pis hiss edərsə,  həmçinin, hər hansısa bir şagirddə  hərarət aşkarlanarsa, onlar xüsusi təchiz otaqlarına yerləşdirilir və həmin şagirdin valideyni ilə əlaqə saxlanılır.  Məktəb həkimi valideyn gələnədək uşağı müayinə edir. Bakı Şəhəri üzrə Tədris idarəsi tərəfindən təchiz otaqları bütün lazımi avadanlıqlarla təmin olunub”.

 

 

Gülcahan Məmmədova