Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-09-20 17:43:00
Birinci sinfə gedəcək şəhid övladları ilə görüş keçirilib - FOTO

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, “Azercell Telekom” MMC və “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin nümayəndələri ilk dəfə məktəbə qədəm qoyacaq şəhid övladları ilə görüşüblər.

Nazirlikdən verilən məlumata görə, nümayəndələr uşaqları birinci sinfə getmələri münasibətilə təbrik edib, onlara uğurlar arzulayıblar.

Görüşdə döyüşlərdə qəhrəmancasına şəhid olmuş Vətən oğulları xatırlanıb.

Şəhidlərin övladlarına təhsil üçün planşetlər hədiyyə edilib. Sonda şəhid ailələri göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.