Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-05-24 12:36:00
Lisey və gimnaziyalara şagird qəbulu ilə bağlı canlı yayım təşkil ediləcək  

Mayın 25-i saat 15:00-da lisey və gimnaziyalara şagird qəbulu ilə bağlı canlı yayım təşkil ediləcək.

Bu barədə Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, canlı yayımda sualları nazirliyin Ümumi təhsilin təşkili və idarəolunması şöbəsinin Lisey, gimnaziya və özəl ümumi təhsil müəssisələri ilə iş sektorunun müdiri Fuad Qarayev cavablandıracaq.

Canlı yayım Təhsil Nazirliyinin rəsmi feysbuk səhifəsi üzərindən təşkil olunacaq.